- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Dağıstan respublikasının Kaspiysk şəhərində Suraqat Asyatilovun xatirəsinə gənc yunan-Roma güləşçilərin beynəlxalq yarışı keçirilib.
Allsport.az saytı xəbər verir ki, turnirdə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Ermənistan komandaları mübarizə aparıblar.
Bu mücadilədə yalnız 1 bahadırımız fərqlənib. 60 kq-da Zaur Nuriyev fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Görüşlərin idarə edilməsində ölkəmizi 3-cü dərəcəli beynəlxalq hakim Bəşir İsazadə təmsil edib.