- Baxış sayı: 311
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 52
- Dekabr 05, 2025
- 0

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.
Allsport.az xəbər verir ki, üçüncü yarış günündə daha 1 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.
Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya heç bir imkan tanımayıb – 10:2. Güləşçimiz həlledici qarşılaşmada isə moldovalı moldovalı Yon Bulqarunu 8:2 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.
Anar Cəfərli (92 kq) bürünc medal uğrunda qarşılaşmada amerikalı Konnor Mirasolaya uduzaraq (0:10) beşinci yerlə kifayətlənib.