- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son 2 sərbəst güləşçisi mübarizəyə başlayacaq. Allsport.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
97 kq-dakı İslam İlyasov isə Aleksandr Xuştinlə (Belarus) güləşəcək.
70 kq
1/8 final: Turan Bayramov – Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya)
97 kq
1/8 final: İslam İlyasov – Aleksandr Xuştin (Belarus)
Bu ün həmçinin 92 kq-da yarışan Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. O, Hyeokbeom Qvon (Koreya) / Omarhacı Məhəmmədov (Belarus) duelinin güclüsü ilə qarşılaşacaq. Təsnifat qarşılaşmaları Bakı vaxtı ilə saat 12:30-da, medal mübarizələri isə saat 20:00-da start götürəcək.
92 kq
Bürünc medal görüşü: Osman Nurməhəmmədov – Hyeokbeom Qvon (Koreya) / Omarhacı Məhəmmədov (Belarus)
Qeyd edək ki, hələlik Azərbaycanın sərbəst güləşçilərindən yalnız Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb.