- Baxış sayı: 36
- 05 Aprel 2026 13:46
- Baxış sayı: 124
- Aprel 03, 2026
- 0

Bakıda kişi və qadın boksçular arasında ənənəvi “Böyük ipək yolu” beynəlxalq turniri davam edir.
Allsport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan yığmasının daha 4 boksçusu qələbə qazanıb.
60 kq-da Ümid Rüstəmov Conni Daleni (Avstraliya) məğlub edib. Boksçumuz 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Məhəmmədəli Aşırəliyevlə (Azərbaycan) üz-üzə gələcək.
Bu çəkidə Məhəmmədəli Qasımzadə komanda yoldaşı Həsən Həsənlidən güclü olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü 1/4 finalda Kaya Tolqanı (Türkiyə) sınağa çəkəcək.
Tayfur Əliyev də turnirə qələbə ilə başlayıb. Təmsilçimiz 1/8 finalda komanda yoldaşı Elbrus Adıgözəlovu üstələyib – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). O, növbəti görüşündə Mouates Beçeqra (Əlcəzair) ilə döyüşəcək.
Səbuhi Əlizadə (+90 kq) isə Ərrahim Maqtanı (Əlcəzair) mübarizədən kənarlaşdırıb. Boksçumuz 3:2 (29:28, 29:28, 28:29, 30:27, 27:30) hesabı ilə qələbə qazanmaqla yarımfinala yüksəlib və özü üçün azı bürünc medalı təmin edib. Əlizadə finala gedən yolda Aleksandr Şau (Avstraliya) ilə münasibətinə aydınlıq gətirəcək.
Boks mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən “Böyük ipək yolu” beynəlxalq turniri aprelin 7-də başa çatacaq.