- Baxış sayı: 61
- 07 Aprel 2025 20:33
- Baxış sayı: 69
- Aprel 04, 2025
- 0
Serbiyanın Novı Sad şəhərində U-17 Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün 45, 51, 60, 71 və 92 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Nicat İsgəndərli (45 kq) debütdə ukraynalı Herman Basarabı çətinliklə də olsa, üstələyə bilib – 12:11. O, bolqarıstanlı Stanislav İvanovu (9:0) da mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Finalın bir addımlığında ermənistanlı Marat Atşemyana (0:8) uduzub. Sabah bürünc medal uğrunda norveçli Abubakar Saqayla güləşəcək.
Turan Daşdəmirov rusiyalı Bərəkatullah İsayevə (8:0) və yunanıstanlı Sotirios Ntontosa (11:2) tam üstünlüklə qalib gəlib. 1/4 finalda ukraynalı Maksut Sultanovdan (7:4) güclü olan Avropa və dünya çempionumuz yarımfinalda gürcüstanlı Nika Tsetsxladzeni (3:0) devirib. Həlledici görüşdə ermənistanlı Yurik Mxitaryanla üz-üzə gələcək.
Ayxan Cavadov (60 kq) yunanıstanlı Marios Kapantaislə finlandiyalı Matias Arpiaynenə eyni hesabla (9:0) qalib gəldikdən sonra 1/4 finalda rusiyalı Marat Marqiyevi minimal fərqlə (9:8) məğlub edib. Yarımfinalda türkiyəli Melih Yeginlə gərgin keçən qarşılaşmadan 2:1 hesabıyla qalib ayrılan Cavadovun finalda rəqibi ermənistanlı Aleks Marqaryan olacaq.
Yusif Əhmədli (71 kq) startda ukraynalı Nikita Jijko (9:0) üzərində inamlı qələbəyə sevinib. 1/4 finalda isveçli Aksel Baffı (3:1), yarımfinalda isə macarıstanlı İmre Kolomparı (7:3) üstələyən Yusif sabah finalda belaruslu Kiril Valeuskiylə qarşılaşacaq.
Səid Paşayev (92 kq) yunanıstanlı Nikolaos Karavanosla belaruslu Artyom Babrovu “tuş”la xalçadan məyus yola salıb. Litvalı Julius Qikarasla görüşdə də müqavimətlə üzləşməyib – 9:0. Finalın bir addımlığında isə bolqarıstanlı Radostin Vasilyevin kürəyini yerə sıxıb. Qızıl medal uğrunda serbiyalı Stevan Kojiçlə mübarizə aparacaq.