- Baxış sayı: 26
- 11 Mart 2026 21:36
- Baxış sayı: 100
- Mart 11, 2026
- 0

“Napoli” şotlandiyalı futbolçusu Skott Maktominey ilə müqaviləni 2030-cu ilə qədər uzatmağı planlaşdırır.
Allsport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin çempionluqdakı böyük xidmətini nəzərə alan Neapol təmsilçisi onun maaşını artıraraq klubun ən çox qazanan oyunçuları siyahısına daxil edəcək.
Ötən mövsüm “A” seriyasının “Ən dəyərli oyunçusu” seçilən Maktominey cari çempionatda da uğurlu çıxışını davam etdirərək artıq 6 qol vurub.