- Baxış sayı: 29
- 04 Fevral 2026 23:22
- Baxış sayı: 134
- Fevral 04, 2026
- 0

“My Group Holding”in baş sponsurluğu və “AzerGold” şirkətinin fəxri sponsorluğu ilə yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatı davam edir.
Allsport.az xəbər verir ki, Gəncə idman sarayında keçirilən yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 5 çəkidə 60, 67, 77, 87, 130 kq-da mübarizəyə start verilib. 4 çəkidə finalçılar müəyyələşib. 87 kq-da isə görüşlər dairəvi sistem üzrə keçirilib. Bu çəkilərdə həlledici görüşlər sabah keçiriləcək.
60 kq
Maqsud Canqurtaran (AHİTA) – Nihat Bəhmənov (UGİM-10)
67 kq
Roman Kərimov (DİN) – Murad Əliyev (AHİTA)
77 kq
Cavad Məmmədov (Neftçi) – Cavidan Nehmətov (AHİTA)
130 kq
Museyi Kazim Hüseyn (DİN) – Əli Bayramov (Sumqayıt-Təhsil)