- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Allsport.az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançımız yarımfinalda rumıniyalı Kriştian Biroya qalib gəlib.
92 kq-dakı Abdulcəlil Şabanov eyni raundda gürcüstanlı Andro Marqişviliyə, 125 kq-dakı Vahit Qalayev onun həmyerlisi Solomon Manaşviliyə uduzub. Şabanov sabah bürünc medal uğrunda qarşılaşmaya çıxacaq, Qalayev isə bu şansdan məhrum olub.
Yarımfinal görüşündən sonra güləşçilər arasında dava düşdüyü üçün həm gürcü, həm də azərbaycanlı idmançı diskvalifikasiya olunub.
Manaşvili final, Qalayev isə bürünc uğrunda görüşə çıxmayacaq.