Daha iki ölkənin nümayəndə heyətində ölkəmizdə

III MDB oyunlarında iştirak edəcək nümayəndə heyətləri ölkəmizə gəlməyə davam edirlər.
Allsport.az xəbər verir ki, bu gecə Belarus və Qazaxıstandan olan idmançılar Heydər Əliyev beynəlxalq hava limanına eniş ediblər. Onlar üzgüçülük, boks və atıcılıq idman növlərində mübarizə aparacaqlar.

Qonaqları III MDB oyunlarının təşkilat komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.

Bakıya eniş etdikdən sonra idmançılar dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.

III MDB oyunları 28 sentyabr – 8 oktyabrda Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq.

Həmin kateqoriyadan