- Baxış sayı: 230
- 25 Mart 2026 04:32
- Baxış sayı: 230
- Mart 25, 2026
- 0

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatında komanda hesabında 2-ci yeri tutan sərbəst güləşçilərimiz vətənə döndü. Allsport.az saytı xəbər verir ki, hava limanında millinin böyük məşqçi Arif Abdullayev bunu dedi:
“Avropa çempionatında 5 medalla 2-ci yeri tutduq. Daha yaxşı nəticə göstərə bilərdik. Bəzi səhvlər oldu. Onların üzərində işləyəcəyik. Avqustda Bolqarıstanda U-20 dünya çempionatı keçiriləcək.
İnşallah, səhvləri aradan qaldırıb, həmin yarışda da uğurlu nəticə qazanarıq. Güləş federasiyasına, gənclər və idman nazirliyinə, milli olimpiya komitəsinə göstərilən diqqət və qayğıya görə təşəkkürümüzü bildiririk”.