“Daha yüksək nəticə qazanacağımıza inanırdıq”

Slovakiyada keçirilən Avropa çempionatında 1 qızıl, 1 gümüş və 4 bürünc medalla komanda hesabında Avropa çempionu olan sərbəst güləş millimiz Vətənə qayıdıb. Allsport.az xəbər verir ki, Heydər Əliyev beynəlxalq aeroportunda yığmamızın qarşılama mərasimi keçirilib. Baş məşqçi Xetaq Qazyumovun təəssüratları belə olub:

“Avropa çempionatına yaxşı hazırlaşmışdıq. 3 təlim-məşq toplanışı keçmişdik. Rusiya və Azərbaycanda bütün hazırlıq mərhələlərini tamamladıq. Bu nəticə təsadüfi deyil. Avropa çempionu olmamıza baxmayaraq, medalların kəmiyyət və keyfiyyətinə görə, daha yüksək nəticə qazanacağımıza inanırdıq. Osmandan da çempionluq gözləyirdik. Zəif çıxış edən güləşçilərimiz oldu. Səhvlərin üzərində işləyəcəyik. Ümid edirəm ki, həmin güləşçilər növbəti dəfə bu səhvlərə yol verməyərək yüksək nəticələrə imza atacaqlar”.

Avropa çempionatında təmsilçilərimizdən Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (74 kq) və Ağanəzər Novruzov (74 kq) isə bürünc medal qazanıb.

Həmin kateqoriyadan

azenrutr