- Baxış sayı: 27
- 26 Mart 2026 21:55
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Ağsu” rəhbərliyi danışılmış oyunlarda iştiraka görə komandadan uzaqlaşdırılan şəxslərin çoxluq təşkil etdiyini və bu səbəbdən ikinci dövrədə oynamamaq qərarına gəldiklərini peşəkar futbol liqasına yazılı şəkildə bildirib.
Allsport.az xəbər verir ki, vəziyyəti nəzərə alan PFL “Ağsu”nu diviziondan kənarlaşdırmağı qərara alıb.
Komanda çempionatın yarısında iştirak etdiyinə görə qarşıdan gələn oyunlarda 0:3 hesablı texniki məğlubiyyət alacaq. Heyətdə yer alan oyunçular isə sərbəst futbolçu statusuna malikdir.