DÇ-2015: ilk gündə 66, 75 və 98 kq yunan-Roma güləşçiləriçıxış edəcək

Sentyabrın 7-dən 12-dək Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi ilə ölkəmizi Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcək.

İlk yarış günündə 66, 75 və 98 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Püşkatmanın nəticələrinə əsasən, güləşçilərimizin ilk rəqibləri artıq məlumdur.

66 kq 
1/32 final – Artyom Surkov (RUS) – Həsən Əliyev

75 kq
1/32 final – Elvin Mürsəliyev – Juan Angel Escobar (MEX)

98 kq
1/32 final – Orxan Nuriyev – Laokvatis Kessidis (GRE)

İlk görüşləri Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Final qarşılaşmaları isə, Bakı vaxtı ilə 8 sentyabr saat 06:30-da start götürəcək və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.

Məlumat üçün bildirək ki, Las Veqasda keçiriləcək Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək.

CANLI YAYIM linki: https://unitedworldwrestling.org/event/world-championship-senior-1 

Həmin kateqoriyadan