DÇ-2026-nın keçiriləcəyi şəhərdə küçə döyüşləri

Meksikada “Jalisco New Generation” (CJNG) narkokartelinin lideri Nemesio Oseqera Servantesin (“El Menço”) fevralın 22-də öldürülməsindən sonra ölkəni bürüyən iğtişaşlar yayda keçiriləcək futbol üzrə dünya çempionatını (DÇ-2026) sual altına qoyub.

Allsport.az xəbər verir ki, Qvadalaxara və Puerto-Vallyarta kimi turistik şəhərlərdə baş verən atışmalar, yolların bağlanması və yanğınlar səbəbindən bir neçə futbol matçı artıq təxirə salınıb.

Hadisələri şərh edən BBC mütəxəssisi Xavyer Eskauriatsa bildirib ki, genişmiqyaslı etirazlara baxmayaraq, cinayət qruplaşmaları mundialın dinc keçməsində iqtisadi baxımdan maraqlıdırlar. Onun sözlərinə görə, kartellər bölgədəki bir çox mehmanxana və restoranlara sahib olduqları üçün turistlərin gəlib pul xərcləməsini istəyirlər. Hazırda Meksika hökuməti ABŞ və Kanada ilə birlikdə ev sahibliyi edəcəyi turnirin təhlükəsizliyini təmin etmək üçün 2500-dən çox əlavə hərbi qüvvəni bölgəyə cəlb edib.

Həmin kateqoriyadan