DÇ-də iştirak edəcək yunan-Roma güləşçiləri

İyulun 25-dən 31-dək Romada güləş üzrə U-17 dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, rəqabətin ilk 3 günündə “klassiklər” mübarizə aparacaq. Ardıcıl 2-ci dəfə Avropa çempionu olan millimiz bu yarışda da tam heyətlə iştirak edəcək.

Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov, Rasim Ağayev və Elvin Mürsəliyevin rəhbərliyi ilə DÇ-də ölkəmizi Hüseyn Savadov (45 kq), Səid Xəlilov (48 kq), Vədat Qasımlı (51 kq), Fəraim Mustafayev (55 kq), Məhəmməd Qasımzadə (60 kq), Əli Əlizadə (65 kq), Davud Məmmədov (71 kq), İsmayıl Rzayev (80 kq), Mikayıl İsmayılov (92 kq) və Məzaim Mərdanov (110 kq) təmsil edəcəklər.

Səfər ərəfəsində AGF-in icraiyyə komitəsinin üzvü Namiq Abdullayev, baş katib Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov və Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov komanda üzvləriylə görüşərək, onlara məsul yarışda uğurlar arzulayıb.

İ-S kateqoriyalı hakim Sədi Quliyev bizdən ədaləti qoruyacaq.

Həmin kateqoriyadan