- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

16-24 sentyabrda Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, milli komandalarımız Paris-2024-ə vəsiqə verən məsul yarışa hazırlığı davam etdirir. “Sərbəstlər” avqustun 9-dan Göygöl olimpiya idman kompleksində təlim-məşq keçir. Hazırlıq ayın 23-dək davam edəcək. Sonra komandamız son mərhələni Bakıda keçəcək.
Yunan-Roma və qadın güləşi üzrə millilərimiz isə paytaxtda bir araya gəlib. AGF-in təlim-məşq bazasında baş tutan toplanış avqustun 10-da start götürüb. Qadınlar bazar günü Bakı toplanışını başa vuracaqsa, yunan-Roma güləşi üzrə yığmamız ayın 24-dək gündə 2 dəfə olmaqla intensiv məşqləri davam etdirəcək.