De Bruyne “Mançester Siti”dən ayrılaraq bu klublardan birinə keçə bilər

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne karyerasını “şəhərlilər”in də daxil olduğu “City football group” şirkətinə məxsus klublarından birində davam edə bilər.

Allsport.az xəbər verir ki, premyer liqa təmsilçinin rəhbərliyi belçikalıya klubunu dəyişmək qərarına gələrsə holdinqə daxil olan klublardan biri ilə müqavilə təklif etməyə hazırlaşır.
Holdinqə “Melburn Siti”, “Nyu York Siti”, “Mumbay Siti”, “Montevideo Siti”, “Troyes”, “Lommela”, “Palermo” və “Bahia” kimi klublar daxildir. Holdinqin həmçinin “Girona”, “Şenzen Pan Siti” və “Yokohama Marinos”da da payları var.
33 yaşlı de Bruynenin “Mançester Siti” ilə müqaviləsi bu mövsümün sonunda başa çatır.

Həmin kateqoriyadan