- Baxış sayı: 29
- 17 Yanvar 2025 23:37
- Baxış sayı: 90
- Yanvar 17, 2025
- 0
“Mançester Yunayted”in hücumçusu Amad Diallo İngiltərə premyer liqasında Ole Qunnar Sulşer və Ueyn Runinin nailiyyətini təkrarlayıb.
Allsport.az xəbər verir ki, 22 yaşlı futbolçu çempionatın 21-ci turunun “Sauthempton”la oyununda (3:1) son 10 dəqiqədə 3 qol vurub. O, premyer liqa tarixində bir matçın son 10 dəqiqəsində 3+ qol vuran üçüncü oyunçu olub.
Əvvəllər buna yalnız 1999-cu ildə Sulşer və 2010-cu ildə Runi bacarmışdı.