- Baxış sayı: 39
- 25 Aprel 2025 14:02
- Baxış sayı: 66
- Aprel 25, 2025
- 0
İspaniyanın San Sebastyan şəhərində sahil avarçəkməsi üzrə Avropa çempionatında 4000 metr məsafəyə yürüşlərin qalibləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, bizdən Diana Dimçenko mübarizəyə yarımfinal mərhələsindən başlayıb. O bu mərhələdə ən yaxşı nəticəni göstərib: 22 dəqiqə, 56.72 saniyəyə
“Baku” avarçəkmə klubu üzvü finalda da uğurlu çıxış edib. Təmsilçimiz ən yaxın rəqibi, ispaniyalı Qonzales Karotanı 5 saniyə qabaqlayaraq, sahil avarçəkməsi üzrə Avropa çempionu adını qazanıb. O bu proqramda sözü gedən uğura yetişən ilk idmançımızdır.
Xatırladaq ki, Diana Dimçenko Uelsin Pembrukşir şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə sonuncu dünya çempionatında Azərbaycan bayrağı altında gümüş medal qazanıb.