- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Akademik avarçəkmə üzrə Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko İtaliyanın Turin şəhərində ənənəvi “Silver Skiff” beynəlxalq reqatasında mübarizə aparıb.
Allsport.az xəbər verir ki, sayca 32-ci dəfə təşkil edilən yarışda 30-a yaxın ölkədən müxtəlif yaş kateqoriyaları üzrə 700-dən artıq idmançı iştirak edib.
Bir mərhələdən ibarət olan reqatada avarçəkənlər 11 kilometr məsafə qət ediblər. Bir nəfərlik akademik avarçəkmə qayığında çıxış edən Diana məsafəni 44 dəqiqə 54 saniyəyə başa vurmaqla finiş xəttinə ikinci çatıb və gümüş medala sahib olub.
Qeyd edək ki, 1992-ci ildən etibarən təşkil olunan “Silver Skiff” reqatası akademik avarçəkmə idman növünün ən nüfuzlu yarışlarından hesab edilir. Xatırladaq ki, Diana Dımçenko ötənilki yarışda da gümüş medal qazanmışdı.