- Baxış sayı: 105
- 23 Fevral 2026 20:46
- Baxış sayı: 124
- Fevral 23, 2026
- 0

23 fevralda kişilər arasında dinamik piramida üzrə ölkə çempionatının final qarşılaşması baş tutdu.
Allsport.az xəbər verir ki, yüksək rəqabət, peşəkar oyun səviyyəsi və gərgin mübarizə ilə yadda qalan turnir idmansevərlərə unudulmaz anlar yaşatdı.
Final mərhələsində iştirak edən idmançılar öz ustalıqları, taktiki düşüncələri və dəqiq zərbələri ilə seçildilər. Qarşılaşmaların hər biri böyük maraqla izlənildi və tribunada toplaşan azarkeşlərin alqışları ilə müşayiət olundu.
Çempionatın nəticələrinə əsasən:
1-ci yer – Əmrahov Ceyhun
2-ci yer – Məmmədov Vasif
3-cü yerlər – Abbasəliyev Cahangir və Süleymanov Rufin
Qaliblər diplom və medallarla təltif olunaraq ölkə çempionu adına layiq görüldülər.