- Baxış sayı: 27
- 15 Aprel 2025 14:28
- Baxış sayı: 62
- Aprel 14, 2025
- 0
AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, toplantıda divizionun XV turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib.
“Keşlə-2” – “Zaqatala” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Turan Tovuz” – “Kəpəz” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.
“Neftçi-2” – “Qaradağ Lökbatan” oyununda”ağ-qaralar”ın 87 nömrəli futbolçusu Nazim Məmmədzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib.
“Neftçi-2”nin 65 nömrəli futbolçusu Əmrah Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib.
“Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.