- Baxış sayı: 40
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 132
- Noyabr 28, 2024
- 0
Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda 1-ci divizionun 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olundu:
1-ci divizionun 20-ci turunun MOİK – “Sabah-2” oyununda MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
MOİK komandasının geyim formasında qüsur olduğundan oyun gec başlandığı üçün klub 80 manat cərimə olunur;
“Sabah-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
20-ci turun “Keşlə-2” – “Turan Tovuz” oyununda “Keşlə-2” klubunun futbolçusu Şirin Şirinov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
20-ci turun “Kəpəz” – “Zaqatala” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur;
20-ci turun “Sumqayıt-2” – “Qaradağ Lökbatan” oyununda “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
20-ci turun “Qarabağ-2” – “Neftçi-2” oyununda “Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
“Neftçi-2” klubunun futbolçusu Vüqar Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.