- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 130
- Noyabr 28, 2024
- 0
Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda 1-ci divizionun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
25-ci turunun “Sabah-2” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
Turun MOİK – “Sumqayıt-2” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur;
Turun “Zaqatala” – “Qaradağ Lökbatan” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
26-cı turunun “Neftçi-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
Turun “Turan Tovuz” – “Zaqatala” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
Turun “Turan Tovuz” – “Zaqatala” oyununda əsasnaməyə uyğun olaraq meydança sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur;
Turun “Sumqayıt-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının futbolçusu Seyxan Fərəcov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir;
Turun “Qaradağ Lökbatan” – MOİK oyununda MOİK klubunun futbolçusu Hüseyn Hüseynli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimələnir.