- Baxış sayı: 26
- 15 Aprel 2025 17:22
- Baxış sayı: 71
- Aprel 14, 2025
- 0
Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda 1-ci divizionun 14-cü turunun matçları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
1-ci divizionun 14-cü turunun MOİK – “Zaqatala” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
1-ci divizionun 14-cü turunun MOİK – “Zaqatala” oyununda xərəkdaşıyan və topdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur.
1-ci divizionun 14-cü turunun MOİK – “Zaqatala” oyununda “Zaqatala” klubunun qapıçısının geyim formasında qüsur olduğuna görə matç gec başlandığı üçün klub 80 manat cərimə olunur.
1-ci divizionun 14-cü turunun “Keşlə-2” – “Neftçi-2” oyununda “Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
1-ci divizionun 14-cü turunun “Keşlə-2” – “Neftçi-2” oyununda “Keşlə-2” klubunun futbolçusu Turan Vəlizadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir.
1-ci divizionun 14-cü turunun “Keşlə-2” – “Neftçi-2” oyununda “Keşlə-2” klubunun futbolçusu Orxan Fərəcov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir.
1-ci divizionun 14-cü turunun “Keşlə-2” – “Neftçi-2” oyununda “Keşlə-2” klubunun qapıçısının geyim formasında qüsur olduğuna görə matç gec başlandığı üçün klub 80 manat cərimə olunur.
1-ci divizionun 14-cü turunun “Keşlə-2” – “Neftçi-2” oyununda “Neftçi-2”-nin futbolçusu Nihad Qurbanlı sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir.