- Baxış sayı: 96
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

“Los-Anceles Leykers”in müdafiəçisi Luka Donçiç bir oyun hissəsində toplanılan xal sayına görə yeni klub rekordu müəyyənləşdirib.
Allsport.az xəbər verir ki, sloveniyalı basketbolçu “Los-Anceles Klippers”ə (135:118) qarşı keçirilən matçın birinci dördlüyündə 24 xal toplayaraq bu göstəricidə yeni rekorda imza atıb.
Donçiç əvvəlki 23 xallıq rekordu Kayl Kuzma ilə bölüşürdü.
“Leykers” əzəli rəqibi “Klippers” üzərində inamlı qələbə qazanaraq çempionatdakı mövqeyini yaxşılaşdırıb.