- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Güləşçi Dmitri Baborıko dopinqdən istifadəyə görə iki il müddətinə diskvalifikasiya olunub.
Allsport.az xəbər verir ki, 22 yaşlı rusiyalı ötən ilin oktyabrında yunan-Roma güləşi üzrə U-23 dünya çempionatının final görüşündən öncə verdiyi dopinq nümunəsində qadağan edilmiş maddə aşkarlanıb.
O, 130 kq çəki dərəcəsində qazandığı gümüş medaldan məhrum edilib.
Baborıko ötən il dekabrın 20-dən 2026-cı il dekabrın 19-dək yarışlardan kənarlaşdırılıb.