- Baxış sayı: 103
- 08 Dekabr 2025 22:39
- Baxış sayı: 151
- Dekabr 16, 2025
- 0

Allsport.az saytı xəbər verir ki, gənclər və idman mazirliyi və kamandan oxatma federasiyasının təşkilatçılığı ilə yarışda 14 dövlət qurumundan 34 əməkdaş (18 kişi, 16 qadın) iştirak edib.
Kişilərin yarışında Azərtac-ın əməkdaşı Hikmət Əhmədov 1-ci olub. Elnur Məmmədov (gənclər və idman nazirliyi) və Rafiq Mahmudov (ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi) müvafiq olaraq 2-ci və 3-cü pillələrə layiq görülüblər.
Qadınlar arasında fövqəladə hallar nazirliyinin əməkdaşı Əzizə Lalayeva hamını üstələyib. Mədinə Mahmudova (medianın inkişafı agentliyi) yarışı 2-ci, Ülviyyə Hacıyeva (gənclər və idman nazirliyi) 3-cü yer tutublar.