- Baxış sayı: 13
- 02 Aprel 2025 20:17
- Baxış sayı: 61
- Mart 24, 2025
- 0
Didye Droqba “Qalatasaray”ın Joze Mourinyoya qarşı ittihamı haqda açıqlama verib.
Allsport.az xəbər verir ki, keçmiş futbolçu portuqaliyalı mütəxəssisin irqçi olmadığını bildirib:
“Hörmətli “Qalatasaray” azarkeşləri, komandanı necə sevdiyinizi başa düşürəm. Derbi həmişə iki komanda arasındakı matçdan daha çox şeydir. Mourinyonun sözlərini gördüm. Amma inanın ki, o, irqçi deyil. Mən onu 25 ildir ki, tanıyıram və bu müddət ərzində bir dəfə də olsun belə bir şeydən şübhələnməmişəm.
Diqqətimizi futbola yönəldək! Mənim “atam” necə irqçi ola bilər?“