- Baxış sayı: 306
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

24-26 noyabrda Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə güləş üzrə “Qızıl qran-pri”nin final mərhələsi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunacaq. Turnirə 50-dən artıq ölkədən 700-ə yaxın iştirakçının qatılacağı gözlənilir.
Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da baş tutacaq.
Yarışın yayımçısı “İdman Azərbaycan” kanalı, informasiya tərəfdaşı isə “Azərtac” İnformasiya Agentliyidir.