- Baxış sayı: 274
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Güləş üzrə U17 dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək.
Allsport.az xəbər verir ki, bu barədə qərar dünya güləş birliyinin (UWW) icraiyyə komitəsinin iclasında qəbul edilib.
Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Amman (İordaniya) və Brasovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı paytaxtımıza həvalə edilib.
Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul – 02 avqustda milli gimnastika arenasında müəyyənləşəcək.
Analoji yarış 2012-ci ildə də Bakıda keçirilib.