- Baxış sayı: 31
- 15 Mart 2026 18:49
- Baxış sayı: 295
- Mart 16, 2026
- 0

Xəbər verdiyimiz kimi, 19-28-da noyabrda ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldıranlar arasında dünya çempionatı keçiriləcək. Allsport.az saytının məlumatına görə, artıq okeanın o tayına yollanacaq azmanlarımız bəllidir.
Məşqçilər heyəti bu yarışda Valentin Xristov (62 kq), Firidun Quliyev, Sərdar Həsənov (hər ikisi – 69 kq), Elxan Əliquluzadə, Əfqan Bayramov (77 kq), İvan Stoitsov (85 kq), Nailxan Nəbiyev, İntiqam Zairov, Rövşən Fətullayev (hər üçü – 94 kq), Dadaş Dadaşbəyli (105 kq), Silviya Angelova (48 kq), Boyanka Kostova (58 kq) və Anastasiya İbrahimliyə (69 kq) şans verəcək.
Planetin ən güclülərinin mübarizəsi Rio- Yay Olimpiya Oyunlarına lisenziya yerləri verəcək.