- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İyulun 25-dən 31-dək Romada güləş üzrə U-17 dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, AGF-in rəhbərliyinin ilə məsul yarışda ölkəmizi təmsil edəcək qızlardan ibarət yığma komanda ilə görüş olub. Baş katibin müavini Orxan Məmmədov və Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov millinin üzvlərinə uğurlar arzulayıb və tövsiyələrini çatdırıblar.
Dünya çempionatında böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi ilə Elvina Kərimzadə (43 kq), Aysel Məmmədzadə (46 kq), Ruzanna Məmmədova (49 kq), Gülər Həbibova (53 kq), Günay Qurbanova (57 kq) və Fatimə İsayeva (65 kq) mübarizə aparacaqlar.
İyulun 26-da güləşin bu növü üzrə püşkatma keçiriləcək və ilk rəqiblər müəyyənləşəcək.