Dünya çempionatında 4 medal qazanıb

Sinqapurun eyniadlı paytaxtında keçirilən paraüzgüçülük üzrə dünya çempionatında çıxış edən Raman Salei (S12 kateqoriyası) mübarizəsini başa vurub.

Allsport.az xəbər verir ki, üç-qat paralimpiya çempionumuz bu gün iştirak etdiyi 100 metr məsafəyə sərbəst üzmə üsulunda 54.01 nəticə ilə bürünc medal qazanıb.

Dörd-qat dünya çempionumuz daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl, 50 metr məsafəyə sərbəst üzmə üsulunda 24.27 nəticə ilə gümüş, 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda isə 58.17 nəticə ilə bürünc medal qazanmışdı.

Həmin kateqoriyadan