- Baxış sayı: 288
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 101
- Dekabr 05, 2025
- 0

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya birinciliyinə yekun vurulub. Allsport.az saytının məlumatına görə, mötəbər yarışın sonunda 60 yaşı tamam olan 2 beynəlxalq hakim üçün vida mərasimi keçirilib.
1-ci dərəcəli referi Natiq Hacıyev axırıncı gündə son vəzifəsini yerinə yetirib. Hörmət əlaməti olaraq həlledici görüşlərdən biri ona həvalə edilib.
Güləş ənənəsinə görə, peşəsi ilə vidalaşan ədalət təmsilçisi öz qolçaqlarını və fitini döşəyin üzərinə qoyur. Ona adətən gənc hakimlər yiyələnirlər.
Kamran HACI
