“Dünya çempionatında da Azərbaycan xalqını sevindirməyə çalışacağıq”

Serbiyanın Novı Sad şəhərində U-20 Avropa çempionatında komanda hesabında 1-ci olan sərbəst güləşçilərimiz vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, hava limanında gənclər millisinin böyük məşqçisi Arif Abdullayev bunu deyib:

“Gənclərdən ibarət millimiz 3-cü dəfə Avropa çempionu oldu. Gərgin mübarizə getdi. 65 və 70 kq-da da medal qazanacağımızı gözləyirdik. 57 və 61 kq-da çempion da ola bilərdik. Güləşçilərimiz rusiyalı rəqiblərindən bir qədər fiziki və taktiki hazırlıqda geri qaldılar.

Çalışacağıq ki, idmançılarımız bu çatışmazlıqları aradan qaldırsınlar. Qarşıda bizi dünya çempionatı gözləyir. Həmin yarışda da Azərbaycan xalqını sevindirməyə çalışacağıq.

Fürsətdən istifadə edib, gənclər və idman nazirliyinə, milli olimpiya komitəsinə və Azərbaycan güləş federasiyasına təşəkkür edirəm. Bu uğur göstərilən diqqət və qayğının nəticəsidir”.

Həmin kateqoriyadan