- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Serbiyanın Novı Sad şəhərində U-17 Avropa çempionatında komanda hesabında 1-ci yeri tutan yunan-Roma güləşçilər vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev beynəlxalq aeroportunda son 4 ildə 3-cü dəfə Avropa çempionu olan millimizi təntənəli qarşılayıblar. Böyük məşqçi Taleh İsrafilov bunu deyib:
“Qitə birinciliyində 9 medal qazandıq. 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə etdik. Komanda hesabında çempion olduq. İkinci pillədəki Ermənistanı həm medalların əyarında, həm də 51 xal fərqiylə qabaqladıq.
2021 və 2022-ci illərdə olduğu kimi, bu dəfə də Avropa çempionu olduq. Allah uşaqların əziyyətinin bəhrəsini verdi. İşimizin nəticəsini gördük. Dünya çempionatında da uğurlu çıxış etməyə çalışacağıq”.