- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb. Allsport.az xəbər verir ki, çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edir.
Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Böyük məşqçi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında ölkəmizi Nofəl Babayev (50 kq), Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Ruhin Mikayılov (66 kq), Şəmistan Quluzadə (74 kq), İslam Abbasov (84 kq), Soslan Fanziyev (96 kq) və Cavid Feyziyev (120 kq) təmsil edir.
Yarışların ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 gümüş medalla başa vurub.
50 kq çəki dərəcəsində mübarizə aparan Nofəl Babayev ilk görüşdə Qırğızıstandan olan rəqibinə qalib gəlsə də, Gürcüstan idmançısına məğlub olub. Rəqibin finala çıxması ilə güləşçimizi təsəlliverici görüşə qatılıb. Macar güləşçi üzərindəki qələbə Nofələ bürünc medal şansı verib. Həlledici görüşdə Özbəkistan idmançısına uduzan güləşçimiz çempionatı 5-ci sırada tamamlayıb.
60 kq-da çıxış edən Kərim Cəfərov finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq CAR, Ermənistan, Gürcüstan və Yaponiya təmsilçiləri üzərində inamlı qələbələr qazanan güləşçimizin son rəqibi Rusiya pəhləvanı olub. Ancaq bu dəfə rəqibinə uduzan Kərim Cəfərov Dünya çempionatının gümüş medalına yiyələnib.
96 kq çəkidə təmsilçimiz Soslan Fanziyev ilk görüşdə ABŞ idmançısını üstələyib, ardınca İran təmsilçisi ilə görüşdən məğlub ayrılıb. Rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşə qatılmaq şansı verib. Estoniyalı rəqibinə qalib gələn güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Rusiya təmsilçisi ilə görüş rəqibin xeyrinə başa çatıb və Soslan Fanziyev çempionatı 5-ci sırada tamamlayıb.
50 kq
1/8 final – Amlet Taalaiberov (KGZ) – Nofəl Babayev 2:7
1/4 final – Nofəl Babayev – Nugzari Tsurtsumia (GEO) 2:5
Təsəlliverici görüş – Joszef Andrasi (HUN) – Nofəl Babayev 2:8
Bürünc medal görüşü – Nofəl Babayev – Cavoxir Miraxmedov (UZB) 3:10
60 kq
1/16 final – Jan Lourens Combrinck (RSA) – Kərim Cəfərov 7:12
1/8 final – Taron Dumoyan (ARM) – Kərim Cəfərov 0:9
1/4 final – Levanin Kavjaradze (GEO) – Kərim Cəfərov 7:8
1/2 final – Kavan Masuto (JPN) – Kərim Cəfərov 0:8
FİNAL – Sergey Emilin (RUS) – Kərim Cəfərov 9:0
74 kq
1/16 final – Burgo Berşaliev (KGZ) – Şəmistan Quluzadə 1:3
1/8 final – Matias Cornejo (CHİ) – Şəmistan Quluzadə 0:9
1/4 final – Şəmistan Quluzadə – Gela Bolkvadze (GEO) 2:3
Təsəlliverici görüş – Zoltan Levai (HUN) – Şəmistan Quluzadə 8:1
96 kq
1/8 final – Soslan Fanziyev – Tracy Haucock (USA) 11:2
1/4 final – Amirhossein Hosseimi (İRİ) – Soslan Fanziyev 4:0
Təsəlliverici görüş – Kevin Balimann (EST) – Soslan Fanziyev 2:10
Bürünc medal görüşü – Soslan Fanziyev – Murat Lokyaev (RUS) 4:17