Dünya çempionatında qızların mübarizəsi başlayır

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı keçirilir. Allsport.az xəbər verir ki, çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edir.

Yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçiləri 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb və çempionatı komanda hesabında ikinci sırada başa vurub.

Üçüncü yarış günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulur. İlk görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

44 kq
1/8 final – Türkan Nəsirova – Emine Çataloğlu (TUR)

51 kq
1/8 final – Daniela Lopez (MEX) – Leyla Qurbanova

59 kq
1/8 final – Almaz İsmayılova – Viktoriya Bobeva (BUL)

67 kq
1/8 final – İlonia Alison (MHL) – Elis Manolova

Həmin kateqoriyadan