- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İtaliyanın paytaxtında U-17 dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 6-cı günündə sərbəst güləşçilərimiz 2 qızıl medal qazanıb.
Vasif Bağırov (48 kq) qazaxıstanlı Ramil Rassim (11:0) və hindistanlı Kumar Lalitə (7:4) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə amerikalı Kastilyonu 5:3 hesabı ilə üstələyib.
İlyas İsayev (65 kq) iranlı Məhəmməd Mamivand (3:0), türkmənistanlı Alp Arslan Beqenyov (5:2), qazaxıstanlı Aikin Bolatuli (8:4) və gürcüstanlı Qoqa Otunaşvili (8:4) üzərində qələbə qazanaraq finala adlayıb.
O, həlledici tutaşmada amerikalı Tayler Kasaka 5:3 qalib gələrək dünya çempionu olub.