- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, sərbəst güləşçilərin yarışında böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) iştirak edir.
Çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəkidə güləşçilər yarışır. İlk görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
50 kq
1/8 final – Yura Eiji (JPN) – Arif Hüseynov
60 kq
1/16 final – Qaqik Akulyan (ARM) – Cahid Həsənzadə
74 kq
1/16 final – Ayub Barraj (TUN) – Murad Süleymanov
96 kq
1/8 final – Georgi Gogaev (RUS) – Nurməhəmməd Hacıyev
Xatırladaq ki, yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov (55 kq)), 2 gümüş (Kərim Cəfərov (60 kq), İslam Abbasov (84 kq)) və 1 bürünc (Ruhin Mikayılov (66 kq)) medal qazanıb. Yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub.
Gənc qızların yarışında isə, yığmamız 2 qızıl (Türkan Nəsirova (44 kq), Leyla Qurbanova (51 kq)), 2 gümüş (Raqnetta Qurbanzadə (63 kq), Səbirə Əliyeva (72 kq)) və 1 bürünc (Elis Manolova (67 kq)) medal qazanıb və komanda hesabında Yaponiyadan sonra ikinci sırada qərarlaşıb.