Dünya çempionatında yarışacaqlar

26-30 noyabrda Azərbaycanı beynəlxalq fiqurlu konkisürmənin buz üstündə rəqs növü üzrə yarışlarda təmsil edən cütlüyümüz Anna Obrien və Drake Tong Macarıstanın Budapeşt şəhərində keçirilən “Santa Claus Cup” adlı yarışında iştirak edib.

Allsport.az xəbər verir ki, turnirin nəticələrinə əsasən cütlüyümüz 11 idmançı arasında 126.79 xal toplayaraq 6-cı yerə sahib olub və yeniyetmələr arasında dünya çempionatına vəsiqə qazanıb.

Yeniyetmələr arasında dünya çempionatı 3-8 martda Estoniyanın Tallin şəhərində keçiriləcək.

Həmin kateqoriyadan