- Baxış sayı: 301
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 33
- Dekabr 05, 2025
- 0

Sentyabrın 7-də ABŞ-ın Las Veqas şəhərində güləş üzrə dünya çempionatı start götürəcək. Allsport.az saytı xəbər verir ki, bu gün yarışın keçiriləcəyi “Orleans Arenada” hakimlərin seminarı keçirilib.
Toplantıda hakimlərə güləş qaydalarındakı son dəyişikliklər barədə məlumat verilib, mübahisəli epizodlar monitorda göstərilərək müzakirələr aparılıb.
Dünya çempionatında görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edir.