- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı start götürüb. Allsport.az xəbər verir ki, çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri yarışacaq.
Ölkəmizi Fail İsgəndərov (42 kq), Zaur Nuriyev (46 kq), Xancavad Məcidzadə (50 kq), Elvin Mustafayev (54 kq), Məmmədəli Həsənov (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) təmsil edir.
İlk yarış günündə 50, 54, 58, 63 və 100 kq çəkidə qaliblər müəyyənləşəcək.
50 kq
1/16 final – Xancavad Məcidzadə – Maniş Maniş (İND)
54 kq
1/16 final – Elvin Mustafayev – Adam Katona (SRB)
58 kq
1/16 final – Sanfilippo İqnazio (İTA) – Məmmədəli Həsənov
63 kq
1/16 final – Titas Kersevicius (LTU) – Ramin Cəfərov
100 kq
1/8 final – Camal Feyziyev – Lenard İstvan Berei (ROU)
İlk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Xatırladaq ki, 4-9 avqust tarixlərində Serbiyada keçirilən yeniyetmələrin Avropa çempionatında yunan-Roma güləşçilərimiz 1 qızıl (Camal Feyziyev (100kq)) və 2 bürünc (Zaur Nuriyev (46 kq) və Ülvi Qənizadə (69 kq)) medal qazanaraq komanda hesabında 4-cü sırada qərarlaşıb.