- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, çempionatın son günlərində sərbəst güləşçilər yarışır.
Böyük məşqçi Nazim Əlicanov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında ölkəmizi Şahin Muxtarov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), İslam Bazarqanov (50 kq), Fərrux Əliyev (54 kq), Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Əhliman Quliyev (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmayev (100 kq) təmsil edir.
Sərbəst güləşçilərin ilk yarış günündə güləşçilərimiz 1 gümüş (İsmayıl Abdullayev (69 kq)) və 2 bürünc (Şahin Muxtarov (42 kq) və Fazil Həsənov (58 kq)) medal qazanıb.
Çempionatın son günündə 46, 54, 63, 76 və 100 kq çəkidə qaliblər müəyyənləşir.
46 kq
1/8 final – Monu Monu (İND) – Əsgər Məmmədəliyev
54 kq
1/16 final – Fərrux Əliyev – Abbas Raxmonov (UZB)
63 kq
1/16 final – Orxan Abbasov – Süleyman Maçinov (KGZ)
76 kq
1/16 final – Mahmud Ahmed (EGY) – Əhliman Quliyev
100 kq
1/16 final – Yuriy İdzinskiy (UKR) – Alimaqomed Alixmayev
Xatırladaq ki, Dünya çempionatının ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçiləri yarışı 3 bürünc (Fail İsgəndərov (42 kq), Xancavad Məcidzadə (50 kq), Ülvi Qənizadə (69 kq)) medalla başa vurub.
Çempionatda 5 güləşçi ilə təmsil olunan qızlarımız isə, 1 qızıl (Leyla Qurbanova (52 kq)) və 2 bürünc (Zelfira Ələkbərli (38 kq) və Şəbnəm Əhmədova (56 kq)) medal qazanıb.