Dünya çempionu əməliyyat olundu

Yunan-Roma güləşi üzrə milli komandanın üzvü, dünya və Avropa çempionu Ülvü Qənizadə əməliyyat edilib.

Allsport.az xəbər verir ki, çiyin nahiyyəsindən uğurlu əməliyyat keçirən güləşçimiz 1 ay sonra fərdi, 3 ay sonra isə kollektiv məşqlərə qoşula biləcək. Qənizadə 4-6 ay sonra yarışlarda iştirak edə bilər.

Ülvüyə Allahdan şəfa diləyir, yenidən güləş meydanlarına daha güclü qayıtmasını arzulayırıq.

Həmin kateqoriyadan