- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Paytaxtda Dünya Güləş Birliyinin növbəti hakimlik kursu təşkil olunur. Allsport.az saytı xəbər verir ki, tədbir DGB instruktorları Andrey Krikov (Rusiya) və Stanislav Sernek (Slovakiya) tərəfindən həyata keçirilir. İki gün davam edən kursda 15 ölkədən 34 hakim iştirak edir. Azərbaycandan 8 referinin də qatıldığı kursda Türkiyə, İran, Gürcüstan, Qazaxstan, Misir, Finlandiya və digər ölkələrin ədalət təmsilçiləri təcrübəsini sınayır.
Hakimlik kursunun ilk günündə iştirakçılara nəzəri və praktiki biliklər verilib, güləş qaydaları izah edilib. Kursun ikinci günündə iştirakçılar test üsulu ilə yazılı imtahan verib. Uğurla keçənlər III dərəcəli beynəlxalq hakimlər II dərəcəli beynəlxalq hakim statusu alacaq.
Məlumat üçün bildirək ki, hakimlik dərəcəsini III-dən II-yə yüksəltmək üçün DGB tərəfindən il ərzində hər qitədə iki beynəlxalq kurs təşkil edilir. Bu kurslardan birincisi bu ilin yanvar ayında Macarıstanda təşkil olunub.