- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Dünya Güləş Birliyi qadınların yeni əmsalını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, siyahının ilk sıraları dəyişməz qalıb. Millimizin öncülü Mariya Stadnik 48 kq-da yenə 2-cidir.
O, ilk pilləni Rio-2016 olimpiadasında finalda sona 3 saniyə qalmış qələbəni əldən verdiyi yaponiyalı Eri Tosakaya uduzur. Legionçumuzun mövqeyini möhkəmləndirməsinə səbəb mayda Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanmasıdır.
3-cü yerdə digər yaponiyalı Yui Susaki qərarlaşıb. O, son Asiyanın ən güclülərinin yarışının qalibidir. Maşa Braziliyada yenilməsəydi, indi reytinqdə ilk sırada idi. Çünki UWW-un iyul ayı üçün açıqladığı siyahıda Eri Tosakanın bu zəfəri önə çəkilib.