Dünya Güləş Birliyinin yeni layihəsində Bakının adı olacaqmı?

Dünya Güləş Birliyi İsveçrənin Lozanna şəhərində yerləşən qərargahında mühüm məsələləri gözdən keçirməkdədir. Allsport.az saytı xəbər verir ki, beynəlxalq qurum 2018, 2019 və 2020-ci illərdə nəzərdə tutulan yarışların hansı şəhərlərdə keçirilməsini müəyyənləşdirir. Bu səpkidə UWW populyarlığa diqqət yetirəcək.

Artıq tender elan olunub və namizəd şəhərlərin adlarına yaxın zamanlarda aydınlıq gələcək. Güləş rəsmilərinin məqsədi, böyük yarışların təşkil olunacağı məkanlarda mövsüm ərzində xeyli tədbirlərin düzənlənməsidir ki, bu da həmin idman növünün daha geniş yayılmasına rəvac verəcək.

Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç sözügedən mövzüda fikri də maraqlıdır. Sitat: «Güləş idmanın daha populyarlaşması və dünyada yeni auditoriya qazanması üçün məqsədyönlü addımlar atılmaldır. Bu istiqamətdə seçiləcək şəhərlərin üzərinə böyük iş düşəcək. Biz istəyirik ki, anlaşmamız uzunmüddətli olsun və hər 2 tərəfə fayda versin».

Həmin kateqoriyadan