- Baxış sayı: 77
- 25 Fevral 2026 17:48
- Baxış sayı: 252
- Mart 05, 2026
- 0

Oktyabrın 14-dən 18-dək Dubayda dövlət qurumlarının əməkdaşları arasında II dünya korporativ oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, bu gündən etibarən yarışlara rəsmi şəkildə start verilib.
Oyunlarda 30-dək ölkədən 1000-dən artıq iştirakçı müxtəlif idman növlərində mübarizə aparır. Azərbaycan bu beynəlxalq yarışda stolüstü tennis, 3×3 basketbol, minifutbol və çimərlik voleybolu növlərində qüvvəsini sınayacaq.
Ölkəmizi oyunlarda SOCAR, gənclər və idman, fövqəladə hallar və ədliyyə nazirliklərinin əməkdaşları təmsil edirlər.